Dünən keçirilən UEFA Çempionlar Liqasının "Benfika" – "Real" (4:2) oyunundan sonra Kilian Mbappe məğlubiyyəti şərh edib. Sport24.az xəbər verir ki, fransalı futbolçu oyundan sonra mətbuat konfransında açıqlama verib.

"Məğlub olmağı haqq etdik. Oyun yaxşı deyildi. Çox qeyri-sabit oynadıq.Bu qeyri-sabitliyi davam etdirə bilmərik. Hər gün belə oynamağa davam edə bilmərik, çempionlar belə etməz".

Qeyd edək ki, Mbappe dünənki qarşılaşmada 2 qol vurmaqla yadda qalsa da, bu komandasına yetməyib. Nəticədə Real turnirdə ilk "8-liy"ə düşə bilməyib.