"Sabah" klubunun məşqçisi Valeri Zuddas cəzalı duruma düşüb. Sport24.az xəbər verir ki, buna italiyalı mütəxəssisin Misli Premyer Liqasının XVII turunun oyununda sarı vərəqə alması səbəb olub.
"Karvan-Yevlax"la matçda (4:1) "sarı" görən Valdas Dambrauskasın köməkçisi XVIII turda "Zirə" ilə görüşdə texniki zonada əyləşməyəcək. Çünki o cari mövsüm artıq dördüncü dəfə xəbərdarlıq alıb.
Qeyd edək ki, "Zirə" - "Sabah" görüşü yanvarın 31-də olacaq.