Sankt-Peterburq "Zenit"i Yusif Ən-Nesiri üçün Türkiyənin "Fənərbaxça" klubuna təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə jurnalist və insayder Yagiz Sabunçoğlu sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, "Fənərbaxça" hələlik Rusiya klubunun təklifinə cavab verməyib.

 

Qeyd edək ki, 28 yaşlı mərkəz hücumçusu 2024-cü ilin yayından İstanbul klubunun formasını geyinir. Mərakeşli futbolçu bu mövsüm "Fənərbaxça"nın heyətində 25 matçda meydana çıxıb, səkkiz qol vurub və bir məhsuldar ötürmə edib.  Onun Türkiyə klubu ilə müqaviləsi 2029-cu ilin yayında başa çatır.