"Beşiktaş" icarə əsasında "Torino"da çıxış edən, lakin müqavilə ilə "İnter"ə məxsus olan Kristian Aslanini heyətinə cəlb etməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

"Qara qartallar" 23 yaşlı yarımmüdafiəçini İtalya klubundan icarə əsasında tansfer etmək üçün danışıqların son mərhələsindədir. Razılaşmaya məcburi olmayan satın alma bəndi də daxil ediləcək. Aslani isə "Beşiktaş" klubuna keçidinə razılıq verib.

Qeyd edək ki, Kristian Aslani mövsümün əvvəlində "Torino"ya keçib. Albaniya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində 16 matçda iştirak edib.