Azərbaycan cüdoçuları yanvarın 31-dən fevralın 1-dək Belçikada beynəlxalq açıq turnirdə iştirak edəcəklər. Sport24.az xəbər verir ki, yığma yarışda ümumilikdə 14 çəki dərəcəsində 31 cüdoçu (17 kişi, 14 qadın) ilə təmsil olunacaq.

 

Cüdoçularımıza kişilərdən ibarət milli komandanın böyük məşqçisi Slavko Tekiç, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.

 

Qeyd edək ki, kişilərin mübarizəsi Vise, qadınların yarışı isə Herstal şəhərlərində baş tutacaq.

 

Yarışda iştirak edəcək heyəti təqdim edirik:

 

Kişilər

 

60 kq 

Babarəhim Mirzəyev

Murad Muradlı

Murad Əliyev

Fərid Qarayev

 

66 kq  

Hüseyn Allahyarov

Yaşar Nəcəfov

Tofiq Məmmədov

 

73 kq  

Kamran Süleymanov

Əbil Yusubov

 

81 kq  

Cəsur İbadlı

Mehdi Abbasov

 

90 kq 

Əli Qazıməmmədov

Zelim Tçkayev

 

100 kq 

Davud Namazlı

Nihad Şıxəlizadə

 

+100 kq 

Ramazan Əhmədov

Camal Feyziyev

 

Qadınlar

 

48 kq 

Şəfəq Həmidova

Diana Tçkayeva

 

52 kq 

Könül Əliyeva

Çinarə Sadıqova

Aydan Vəliyeva

Gültac Məmmədəliyeva

Leyla Əliyeva

 

57 kq 

Ülviyyə Bayramova

 

63 kq  

Fidan Əlizadə

Nərgiz Hacıyeva

 

70 kq

Aytac Qardaşxanlı

Südabə Ağayeva

 

78 kq  

Nərmin Əmirli

 

+78 kq 

Madina Kaisinova