"Komo" "Barselona"nın müdafiəçisi Andres Kuenkanı transfer edəcək. Sport24.az xəbər verir ki, artıq klublar arasında razılıq əldə olunub. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

İtaliya klubu ispaniyalı futbolçu üçün təzminat ödəməyəccək. Lakin "Barselona" Kuenkanın növbəti satışından 20 faiz gəlir əldə edəcək.

 

"Komo" 20 yaşlı mərkəz müdafiəçisi ilə müqavilə imzaladıqdan sonra onu "Sportinq"ə (Xixon) icarəyə verəcək.

 

Qeyd edık ki, Andres Kuenka "Barselona"nın yetirməsidir. İspaniya U-20 millisinin üzvü Kataloniya təmsilçisinin B komandasında çıxış edir.