"Fənərbaxça" "Mançester Siti"nin müdafiəçisi Con Stounza təklif göndərib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda onu heyətinə qatmaq istəsə də, bunu reallaşdıra bilməyəcək.
Məsələ burasındadır ki, ingilis futbolçu karyerasını İngiltərədə davam etdirmək istəyib.
31 yaşlı futbolçunun "Mançester Siti" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-a qədərdir.