Misli Premyer Liqasında XVIII tura bu gün start veriləcək. Sport24.az xəbər verir ki, cari turda 7 nəfər cəzalıdır. Onlardan biri baş məşqçi, biri məşqçi köməkçisi, beşi isə futbolçudur.

 

"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze bu həftə də texniki zonada olmayacaq. "Sabah"ın məşqçisi Valerio Zuddas da eyni aqibəti yaşayacaq.

 

Futbolçulardan isə "Sumqayıt"dan Pedro Pinto, "Turan Tovuz"dan Xorxe Silva, "Araz-Naxçıvan"dan Bəxtiyar Həsənalızadə, "İmişli"dən Ezekiel Morqan və Yau Mozes cəzalıdır. Qeyd edək ki, XVIII tura bu gün keçiriləcək iki oyunla start veriləcək.