"Şamaxı" itki ilə üzləşib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisinin futbolçusu Rikardo Apolinario cəzalı duruma düşüb.

Buna yarımmüdafiəçinin "Kəpəz"ə qalib gəldikləri (2:0) XVIII turun oyununda sarı vərəqə alması səbəb olub.

Portuqaliyalı oyunçu cari mövsüm dördüncü dəfə bu halla üzləşdiyindən XIX turda "Qarabağ"la görüşü buraxacaq.

Qeyd edək ki, XIX turun "Şamaxı" - "Qarabağ" oyunu fevralın 10-da keçiriləcək.