Polşanın "Motor" klubunun Azərbaycan millisinin futbolçusu Renat Dadaşovla bağlı planları dəyişib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Ekstraklasa təmsilçisi hücumçunu qışda transfer siyahısına əlavə etmişdi. Lakin forvard qış təlim-məşq toplanışındakı performansı ilə baş məşqçi Mateuş Stolyarskinin və klub rəhbərliyinin etimadını qazanıb.

Dadaşov ilk növbədə mütəxəssislə söhbət edib. Komandadakə taleyi ilə maraqlanıb. Baş məşqçi deyib ki, özünü yaxşı tərəfdən göstərsə, klub onunla vidalaşmayacaq.

Dadaşov həm də "Motor"da rəqabətin artırılması üçün heyətdə saxlanılacaq. O, ən azı mövsümün sonunadək komandada olacaq.

Qeyd edək ki, Renat Dadaşov ötən yay "Motor"a keçib.