"Kəpəz"in futbolçusu Veysəl Rzayevi bıçaqlayan şəxs saxlanılıb. Sport24.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Kəpəz"in futbolçusu Veysəl Rzayev fevralın 3-də bıçaqlanıb.