Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyun gününə masazırda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Sabah" "Bank Respublika Arena"da "Qəbələ"ni qonaq edir.

 

"Bayquşlar" 1/8 finalda "İmişli"ni, "qırmızı-qaralar" isə I Liqa təmsilçisi "Şəfa"nı mübarizədən kənarlaşdırıb. 

 

Qeyd edək ki, bu komandalar arasında keçiriləcək cavab oyunu martın 3-də baş tutacaq.

 

Bizon Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyun

19:30. "Sabah" - "Qəbələ"

Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Masazır. "Bank Respublika Arena".