"Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe forma sponsorunu dəyişə bilər. Sport24.az "RMC Sport"a istinadən xəbər verir ki, Almaniyanın idman geyimləri şirkəti "Adidas" fransız futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.
Mənbənin məlumatına görə, "Real"ın rəsmi forma təchizatçısı olan şirkət Mbappe ilə müqavilə imzalamaq üçün hər cür səy göstərir. "Nike" fransız futbolçunun hazırkı forma tərəfdaşıdır.
Qeyd edək ki, Mbappe 2024-cü ilin yayından "Real"ın formasını geyinir. O, bu mövsüm "Kral klubu"nun heyətində 26 oyunda 29 qol vurub və 5 məhsuldar ötürmə edib.