Misli Premyer Liqasının XVI turunun ikinci oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, Bakıətrafı qəsəbənin eyniadlı təmsilçisi "İmişli"ni qonaq edir.
"Turan Tovuz"un dünənki qələbəsindən sonra "qartallar" tunir cədvəlinin 5-ci pilləsinə düşüb. Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv bu gün qələbə qazanacağı təqdirdə yenidən ilk "üçlük"də yer alacaq. Qonaqlar isə bu tur ərəfəsində 16 xalla 9-cu yerdədir.
Qeyd edək ki, bu komandalar arasında ilk dövrədə baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1.
Misli Premyer Liqası
II dövrə, XVI tur
16:30. "Zirə" - "İmişli"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə. İdman Kompleksinin stadionu.