Bu gün Misli Premyer Liqasının XVI turu çərçivəsində daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması bölgədə baş tutacaq.

 

"Karvan-Yevlax" "doğma divarlar" arasında "Neftçi"ni qonaq edir. Heç şübhəsiz ki, kağız üzərində oyunun favoriti qonaqlardır. "Ağ-qaralar" mövsümə uğursuz başlasa da, bütün göstəricilərdə meydan sahiblərindən üstündür. Bu üzdən paytaxt klubu yeni baş məşqçi Yuri Vernidubun rəhbrəliyi altında səfərdən 3 xalla qayıtmağı düşünür. Meydan sahiblərinin də ilin son oyununda azarkeşlərini sevindirmək üçün maksimum səy göstərəcəyi heç kim sirr deyil.

 

Qeyd edək ki, turun dünən keçirilən ilk görüşündə "Kəpəz" "Turan Tovuz"a 0:2 hesabı ilə məğlub olub. 

 

Misli Premyer Liqası

II dövrə, XVI tur

14:00. "Karvan-Yevlax" - "Neftçi"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev 
VAR: Elçin Məsiyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Yevlax. Şəhər stadionu.