"Milan" "Vest Hem"in hücumçusu Niklas Füllkruqla müqavilə bağlamağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, klubların arasında keçidin son detalları müzakirə olunur. Füllkruq bir neçə gün əvvəl "Milan"a qoşulmağa razılıq verib. 

 

Qeyd edək ki, alman hücumçu cari mövsümdə 9 oyunda meydana çıxıb. Onun "Vest Hem"lə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 8 milyon avro qiymətləndirir.