"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ser Aleks Ferqyuson 2025/2026 mövsümün ərəfəsində "qırmızı şeytanlar"a transfer olunan futbolçular barədə fikilərini bölüşüb. Sport24.az xəbər verir ki, o, bu barədə "Goal.com" portalına açıqlama verib: 

 

"Düşünürəm ki, Lammensin gəlişi böyük fərq yaradıb. O, 23 yaşındadır, sürətlidir. Komandaya məhz bu cür oyunçu lazım idi. "Yunayted"də həmişə başqalarına ilham verə bilən oyunçular olub. Digər iki yeni transfer olan Mbemo və Kunyaya gəldikdə isə, görünür, onlar əvvəlki formamıza qayıtmağımıza kömək edəcəklər".

 

Qeyd edək ki, hazırda aktivində 26 xal olan "Mançester Yunayted" 16 turdan sonra turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.