Futbol üzrə Xorvatiya çempionatında 18-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, Rüfət Abdullazadənin formasını geyindiyi "Varajdin" öz meydanında "İstra"nı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Abdullazadə oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, 18 turdan sonra aktivində 23 xal olan "Varajdin" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.