"Neftçi" növbəti transferini reallaşdırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, son Azərbaycan çempionu Rusiya Premyer Liqa təmsilçisi "Ufa"da çıxış edən Azərbaycan əsilli futbolçu Azər Əliyevlə anlaşıb.

27 yaşlı yarımmüdafiəçi artıq Bakıya gələrək tibbi müayinədən uğurla keçib və keçidin rəsmiləşməsi yaxın saatlarda açıqlanacaq.

Onu da bildirək ki, "Neftçi" Azərlə 3,5 illik müqavilə bağlamaq fikrində olsa da, futbolçu müddətin 2,5 il olmasını istəyir. Bu detal hələ ki açıq qalıb. Amma istənilən halda, rəsmi müqavilə bu gün imzalanacaq.

Xatırladaq ki, millimizə də namizəd sayılan Azərin indiyədək karyerası yalnız Rusiyaya bağlı olub. Onun "Ufa"yla müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulsa da, artıq anlaşmaya rəsmən xitam verilib.