21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Sport24.az xəbər verir ki, millimiz martın 23-də müvafiq olaraq Albaniyanın, 26-da isə Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

U-21 bu məqsədlə, martın 20-dən 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək.

Komandamızın hazırlıq prossesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

1. Rza Cəfərov - Neftçi
2. Sahib Həsənov - Şamaxı
3. Rüstəm Samiqullin - Sabah
4. Samet Karakoç - İsparta 32 Spor (Türkiyə)
5. Xəyyam Hüseynov - Turan Tovuz
6. Şirxan Həsənzadə - Qarabağ
7. Abdulla Rzayev - Kəpəz
8. Mirəli Əhmədov - Səbail
9. Hüseyn Babayev - Neftçi
10. İbrahim Ramazanov - Qəbələ
11. Süleyman Damadayev - Qəbələ
12. Mahir Həsənov - Kəpəz
13. Veysəl Rzayev - Turan Tovuz
14. Camal Cəfərov - Sabah
15. Samir Məhərrəmli - Kəpəz
16. Elçin Qasımov - Turan Tovuz
17. Murad Vəliyev - Levadiya (Tallinn, Estoniya)
18. Ramin Nəsirli - Dauqavplis (Latviya)
19. Nazim Həsənzadə - Dauqavplis (Latviya)
20. Emil Səfərov - Qəbələ
21. Fərid Yusifli - Neftçi
22. Samir Abdullayev - Səbail
23. Nihat Fərəcli - Tus Koblents (Almaniya)
24. Mehrac Baxşəli - Qəbələ