Azərbaycan U-17 millisi (2009-cu il təvəllüd) Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, komanda meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

 

"Zimbru" stadionunda oynanılan görüş Moldovanın 1:0 hesabı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, millimiz turnir çərçivəsində aprelin 16-da Gürcüstanla, 19-da isə Estoniya ilə üz-üzə gələcək.