Bu gün millimiz DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma V turda İslandiya ilə qarşılaşır. 

 

Komandalar arasında sentyabrda Reykyavikdə baş tutan görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, hazırda D qrupunun turnir cədvəlində Fransa 10 xalla liderdir. Ukrayna 7 xalla 2-ci, İslandiya 4 xalla 3-cüdür. Aktivində 1 xal olan Azərbaycan yığması isə 4-cü - sonuncu pillədə qərarlaşıb. 

 

Qeyd edək ki, millimiz noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanı qəbul edəcək. Oyun saat 21:00-da start götürəcək. 

 

DÇ-2026, seçmə mərhələ

D qrupu, V tur

13 noyabr

21:00. Azərbaycan - İslandiya 0:2 (Birinci hissə)

Qollar: Albert Qudmundsson, 20, Sverrir İqnason, 39

Hakimlər: Nikola Dabanoviç, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (Monteneqro)

VAR: Momçilo Markoviç (Serbiya)

AVAR: Aleksandar Jivkoviç (Sebiya)

Bakı. 8-ci km qəsəbə stadionu.

 

Azərbaycan: Aydın Bayramov, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Abbas Hüseynov, Emin Mahmudov, Abdulla Xaybulayev, Rüfət Abbasov, Toral Bayramov, Xəyal Əliyev, Nəriman Axundzadə

 

İslandiya: Elias Olafsson, Mikael Ellertsson, Daniel Qretarsson, Sverrir İqnason, Viktor Palsson, Yohan Qudyonsenn, İsak Yohanesson, Arnar Haraldsson, Kristian Hilnsson, Andri Qudyonsen, Albert Qudmundsson