Milli komandamız AVRO-2024-ün seçmə mərhələsində Avstriya yığmasıyla səfər matçına hazırlığın Bakı mərhələsini başa vurub. Sport24.az xəbər verir ki, millimiz bu gün saat 17:00-da çarter reysilə səfərə çıxıb.

Komandamız avstiyalılarla görüşəcəyi Linz şəhərinə yollanıb. Səfərin müddəti 4,5 saat olacaq.

Xatırladaq ki, millimiz martın 18-də hazırlığa başlayaraq ""Dalğa Arena"da məşqlərini keçdi. Legionerlərimiz - Anton Krivotsyuk, Ozan Can Gökçü və Renat Dadaşov martın 21-də düşərgəyə gəlib. Zədəli Mahir Emreli heyətdən çıxarılıb və bununla da baş məşqçi Canni de Byazinin qarşıdakı səfər matçlarında sərəncamında 26 futbolçu olacaq. Bunlar martın 24-də Avstriya, 27-də İsveçlə görüşlərdi.