Futbol üzrə Azərbaycan millisinin üzvləri – Emin Mahmudov, Ozan Can Kökçü və Bəhlul Mustafazadə UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Qazaxıstan yığmasına qarşı keçirdikləri oyunu şərh ediblər.

Sport24.az xəbər verir ki, onlar 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyiblər:

Emin Mahmudov: “Ardıcıl 3-cü qələbəmizi qazandıq. Xalqımızı sevindirdik. Onlar bu qalibiyyətləri çoxdan gözləyirdi. Yaxşı oynadıq. Uğurlu nəticə əldə etdik. Sevindirici haldır ki, seçmə mərhələyə qələbə ilə yekun vurduq”.

Ozan Can Kökçü: “Qürurlu və xoşbəxtik. Ardıcıl 3-cü qələbəni qazandıq. Bu uğuru gələcək turnirlərdə də davam etdirməyə çalışacağıq. Milli komanda elə yerdir ki, burada heç kimin daim oynayacağına zəmanət verilmir. Hər zaman izlənilirsən. Bura gələndə canla-başla çalışmalısan. Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur. Nə danışsam, yanlış başa düşülər. Azərbaycanda "Qarabağ", "Neftçi" və "Zirə" kimi yaxşı komandalar var. Futbolda nəyin necə olacağını bilmək olmaz. İndi "Eyndhoven"də özümü yaxşı hiss edirəm, işlərim qaydasında gedir. Mövsümün sonunda necə olacağını görəcəyik”.

Bəhlul Mustafazadə: “Son 3 oyunda qələbə qazandığımız üçün xoşbəxtik. Bunun davamlı olmasını istəyirik. Hər 3 qarşılaşmada əlimizdən gələni etdik. B Divizionuna yüksələ bilmədiyimiz üçün məyus olduq. Bunu bacara bilərdik. Qazaxıstanla səfər matçında qalib gəlmək imkanımız var idi. Təəssüf ki, 2-ci hissədə qollar buraxdıq. Pley-offa vəsiqə qazansaq, əla olar. İstənilən halda, uğurlu seriyanı davam etdirməyə çalışacağıq”.