"Qarabağ"ın Fransada "Marsel"lə keçirlməli olduğu  Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşması neytral ölkədə oynanıla bilər. Sport24.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, buna səbəb Ağdam klubunun futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmamasıdır.

Belə ki, Avropa futbol qurumu məsələ ilə bağlı yerli hakimiyyətlə danışıqlar aparır və oyunçular üçün istisna tətbiq edilməsinə çalışdığı iddaə olunur. Tərəflər ortaq məxrəcə gələ bilməsələr, UEFA-nın qaydalarına uyğun olaraq, qarşılaşma neytral ölkədə baş tuta bilər.

Qeyd edək ki, "Qarabağ" "Marsel"lə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu 24-də evdə keçirəcək.