Türkiyənin "Konyaspor" klubunun hücumçusu Mahir Emreli zədəli olduğu üçün Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak etməyəcək.

Sport24.az xəbər verir ki,  bunu AFFA-nın rəsmi saytı açıqlayıb Mahir AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində bu ay keçirəcəyi oyunları da buraxmalı olacaq.

Xatırladaq ki, millimiz martın 24-də Avstriya, 3 gün sonra isə İsveç yığması ilə qarşılaşacaq. Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.