“Legiya”nın baş məşqçisi Marek Qolembievski Polşa Kubokunun 1/8 finalında  "Motor Lyüblina"ya 2:1 hesabı ilə qalib gəldikləri matçı şərh edib. Sport24.az xəbər verir ki, polşalı mütəxəssis millimizin hücumçusu Mahir Emrelini də fərqləndirib.

Belə ki, onun fikrincə, ağır oyun oldu. "Kubok matçlarının hər zaman öz qaydaları var. Rəqib bizi çətin vəziyyətə saldı. İkinci hissədə Mahir Emreli və Filip Mladenoviç meydana daxil olduqdan sonra rəqibdən üstünlüyümüz üzə çıxdı. Yaxşı şanslar yaratdıq, xoşbəxtlikdən ikisindən maksimum istifadə etdik. Digər qol isə oyundankənar vəziyyətə görə hesaba alınmadı. Bizim üçün vacib olan irəliləyişdir. Ardıcıl ikinci qələbəmizi qazandıq".

Qeyd edək ki, Emreli bu görüşdə fasilədən dərhal sonra meydana daxil olub.