"Kəpəz" növbəti transferini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, Gəncə təmsilçisi Paulo Rojerio Veyqa dos Santosla müqavilə imzalayıb.

 

Portuqaliyalı "çərçivə qoruyucusu"nun son klubu vətənində aşağı liqa təmsilçisi "Lenk Vilaverdense" olub. 25 yaşlı qolkiper ilə 1 illik razılıq əldə edilib.

Qeyd edək ki, Rojerio "Braqa" akademiyasının yetirməsidir. O, ölkəsinin aşağı yaş qrupları üzrə yığma komandalarının formasını geyinib.