"Əlbəttə, bu cür meydanda oynamaq olduqca çətindir. Komanda öz oyununu göstərə bilmir". Sport24.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.

 

Gürcü mütəxəssis I Liqanın 4-cü turunda səfərdə qarşııaşdıqları "Baku Sportinq"lə matçı şərh edib: "Futbolçuların zədələnmə ehtimalı çox olur. Rəqib komanda evdə oynayırdı. Müəyyən mənada bu onlar üçün üstünlük idi. Ümumiyyətlə, "Qəbələ"yə qarşı bütün klublar xüsusi motivasiya ilə oynayırlar. Hər oyun maksimum gücümüzlə hazırlaşmağa çalışırıq. Çıxdığımız bütün matçlarda əlimizdən gələni edib əsas məqsədimiz olan qələbəni əldə etməyə can atır, bunun üçün mübarizə aparırıq. Bu dəfə də istəyimizə çatdıq. Komandam yaxşı oyun göstərdi, futbolçularımdan razıyam".

 

Qeyd edək ki, "Qəbələ" 4 oyunda sonra 10 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 12 xalla "Karvan" başçılıq edir.