Macarıstanın "Ferentsvaroş" klubundan "Qarabağ"a keçən braziliyalı futbolçu Kadi Borges sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, "köhlən atlar"la dördillik müqavilə imzalayan 28 yaşlı vinger fotosunu yayımladığı postda "Evimə qayıtdım" yazıb.
Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilin yanvarınadək Ağdam təmsilçisinin formasını geyinib.