Zaqreb "Dinamo"sundan ayrılacağı dəqiqləşən Mahir Emreli karyerasını Afrikada davam etdirə bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, millinin də şərəfini qoruyan futbolçu Əlcəzairdən təklif alıb.
Son mövsümü ikinci pillədə başa vuran və ölkə kubokunu başı üzərinə qaldıran "Beluizdad" Emrelinin "rənglərinə bağlamaq" istəyir. Əlcəzair klubu artıq futbolçuya rəsmi təklif də göndərib. Ancaq 27 yaşlı milli üzvü əlcəzairlilərin təklifinə isti yanaşmır. Məsələ burasındadır ki, Emreliyə daha bir neçə ölkənin təmsilçisi maraq göstərir. Həmyerlimiz isə hələ ki qəti qərar verməyə tələsmir.
Qeyd edək ki, Emrelinin Xorvatiya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır.