Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, bu turnirdəki təmsilçimiz "Sabah" İsrail çempionu "Hapoel"i (Beer-Şeva) qəbul edəcək.
İlk görüş israil təmilçinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Bayquşlar" bu gün istədiyi nəticəni əldə edə bilsə, mübarizəni ÇL-in Liqa mərhələsində davam etdirəcək. Əks halda istiqamət Avropa Liqasıdır.
Rumıniyalı hakimlər briqadasının idarə edəcəyi matçın start fiti saat 20:45-də səslənəcək.
UEFA Çempionlar Liqası
Pley-off, cavab oyunu
20:45. "Sabah" (Azərbaycan) - "Hapoel" (Beer-Şeva, İsrail)
Hakimlər: İştvan Kovaç, Mixay Marika, Ferents Tunyodi, Sabolç Kovaç (Rumıniya)
VAR: Bastian Dankert (Almaniya)
AVAR: Katalin Popa (Rumıniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:2