"Aston Villa" "Brügge"nin müdafiəçisi Joel Ordonezlə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Devid Ornşteyn "X" sosial şəbəkə hesabında paylaşım edib.
Birmingem təmsilçisi 22 yaşlı ekvadorlu futbolçunun transferi ilə bağlı Belçika klubu ilə əlaqə saxlayıb. Ordonez "Aston Villa"nın müdafiənin mərkəzini gücləndirmək üçün nəzərdən keçirdiyi variantlardan biridir.
Qeyd edək ki, Ordonezin transferinin "Aston Villa" üçün baha başa gələ biləcəyi bildirilir. "Brügge"nin 22 yaşlı müdafiəçi üçün təxminən 35-40 milyon funt-sterlinq tələb edir.