"Lill"in hücumçusu Matis Fernandes-Pardo "Nyukasl"a keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "Get French Football News" portalı məlumat yayıb.

 

"Sağsağanlar" 21 yaşlı futbolçu üçün təklif irəli sürüblər. Fransa klubu hücumçunu buraxmaq istəməsə də, maliyyə feyr-pleyi səbəbindən keçid real görünür. 

 

Fernandes-Pardo ötən mövsüm  bütün turnirlərdə 41 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

Hücumçu həmçinin Belçika millisi ilə DÇ-2026-da da iştirak edib və üç oyunda meydana çıxıb.