Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu London "Arsenal"ının yarımmüdafiəçisi Qabriel Martinellinin mümkün transferi ilə bağlı rəsmi təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.

 

"Əl-Hilal" həftəsonu "Arsenal" ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edib və hazırda 47 milyon funt sterlinq dəyərində təklif təqdim edib. Martinelli "Qalatasaray"ın təklifini geri çevirsə də, Səudiyyə Ərəbistanına yollanmağa razıdır. 

 

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Martinelli ilə bağlı planlarını açıq şəkildə bildirib və onu "Mançester Siti" və "Coventry" ilə matçlarda heyətə salmayıb.