"İlk 20 dəqiqə çətin keçdi. Meydanda yox idik, oyuna nəzarəti itirmişdik. İlk hissənin ortalarına yaxın təşəbbüsü ələ aldıq". Sport24.az xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik evdə Azərbaycan millisinə 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra deyib.

65 yaşlı almaniyalı mütəxəssis qapılaröna toxunulmaz saxlamaq istədiklərini vurğulayıb: "Amma alınmadı. Ümumilikdə inamlı təsir bağışladıq. Eyni ruhda davam etməliyik".

Ranqnik qrupdakı digər rəqibləri olan Belçikanın səfərdə İsveçi 3 cavabsız qolla məğlub etməsinə də toxunub: "Bu yığmanın Qətərdə keçirilmiş dünya çempionatındakı uğursuzluqdan sonra dəyişəcəyi bəlli idi. Amma onların Top-komanda olması hamıya bəllidi. Rəqibin oyununu görməmişəm. Lakin Stokholmda 3:0 hesabı ilə qalib gəlirsinizsə, bu, keyfiyyət əlamətidi"

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də səfırdə məhz İsveçlə keçirəcək.