Toral Bayramov Azərbaycanda ilin futbolçusu məlum olub. Sport24.az xəbər verir ki,  "Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycanda 2024-cü ilin ən yaxşı futbolçusu seçilib.   Azərbaycan milli komandasının üzvü "Futbol+" qəzetinin 1999-cu ildən keçirdiyi ənənəvi sorğunun qalibi olub.     Qeyd edək ki, sıralamada "Qarabağ"ın digər üzvü Elvin Cəfərquliyev ikinci, "Nürnberq"in formasını geyinən Mahir Emreli üçüncü pillədə qərarlaşıb.