Avrokuboklarda həftənin oyunları başa çatıb. Sport24.az xəbər verir ki, Azərbaycan UEFA reytinqində qazanılan xallara görə həftənin lideri olub.
Belə ki, klublar ölkənin aktivinə 0,750 xal qazandırıblar. "Sabah", "Qarabağ" və "Zirə" hərəyə 0,250 xal töhfə verib.
Gürcüstan (0,750) ikinci yerdədirsə, Andorra və Şimali Makedoniya (hər ikisi 0,666) 3-4-cü yerləri bölüşdürür.
Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasında Uels təmsilçisi TNS-i (2:0), "Zirə" Konfrans Liqasında Gürcüstanın "Torpedo" komandasını (2:0), "Qarabağ" isə Avropa Liqasında İslandiyanın "Vestri" klubunu (3:0) məğlub edib. Cavab qarşılaşmaları növbəti həftə keçiriləcək.