"İspaniya – Belçika qarşılaşmasını Dünya Çempionatının 1/4 final mərhələsinin ən maraqlı oyunu olacaq". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.
Təcrübəli mütəxəssis dünya çempionatında 1/4 final mərhələsinin İspaniya - Belçika qarşılaşmasından gözləntilərini bölüşüb:
"Cüzi üstünlük İspaniyanın tərəfindədir. Bu komanda topa nəzarət etməyi, oyunun tempini diktə etməyi çox yaxşı bacarır. Xüsusilə yarımmüdafiə xəttində daha keyfiyyətli görünürlər və rəqibi səhvə məcbur edə bilirlər. İspaniya öz oyununu sərgiləyə bilsə, qələbəyə daha yaxın tərəf olacaq. Belçika da çox təhlükəli komandadır. Heyətində oyunun taleyini bir epizodda həll edə biləcək futbolçular var. Sürətli əks-hücumlar onların əsas silahıdır. Ancaq müdafiədə bəzən buraxdıqları mövqe səhvləri İspaniya kimi rəqibə qarşı ciddi problem yarada bilər. Düşünürəm ki, qarşılaşmanın taleyini xırda detallar, taktiki gedişlər və futbolçuların fərdi ustalığı müəyyən edəcək".
Qeyd edək ki, İspaniya Belçika oyunu 23:00-da start götürəcək.