Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti yoxlama oyununu keçirəcək. Sport24.az xəbər verir ki, "ağ-qaralar" Serbiya təmsilçisi "Radniçi NİŞ" ilə qarşılaşacaq.
Matçın start fiti Bakı vaxtı ilə saat 19:30-da səslənəcək.
Qeyd edək ki, "Neftçi" toplanış dönəmində Serbiya "Partizan"ına 0:1, Rumıniyanın "ÇFR Kluj" komandasına 1:2 hesabı ilə uduzub.