"Selta"nın müdafiəçisi Oskar Minqeza karyerasını İngilrətədə davam etdirəcək. Sport24.az xəbər verir ki, o, "Kristal Pelas"la müqavilə bağlayıb. 

 

İngilis klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, müdafiəçi komandaya azad agent statusu ilə qoşulub və 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.

 

Qeyd edək ki, Minqeza "Barselona"nın yetirməsidir. Futbolçu 2022-ci ilin yayında "Selta"ya transfer olunub. oynayır. Müdafiəçi ötən mövsüm bütün turnirlərdə 47 oyun keçirib, bir qol və altı məhsuldar ötürmə ilə yadda qalıb.