Luka Modriç Xorvatiya millisinin çıxışını davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə bəzi xorvatiyalı insayderlər paylaşım ediblər.
Onların sözlərinə görə, Slaven Biliç milli komandanın baş məşqçisi təyin olunacağı halda ulduz futbolçu onun rəhbərliyi altında milli karyerasını davam etdirmək fikirindədir. Lakin bu məlumat hələlik rəsmi təsdiqlənməyib.
Qeyd edək ki, sentyabrın 9-da Modriçin 41 yaşı tamam olacaq. O, 2006-cı ilin mart ayından bəri Xorvatiya millinin formasını geyinir və yığmada ən çox oyun keçirən oyunçudur.