"Çelsi"nin yeni baş məşqçisi Xabi Alonso London klubundakı gələcək fəaliyyəti və əsas iş prinsipləri barədə danışıb. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandanın uğur qazanması üçün hər bir fərdin üzərinə düşən məsuliyyəti dərk etməsinin vacibliyini vurğulayıb:
"Futbolda mənim üçün güzəştə getməyəcəyim prinsiplər var. Ən yüksək səviyyədə rəqabət aparmaq üçün hər kəs bunun bədəlini ödəməyə hazır olmalıdır. Heç nəyi əsirgəmədən komandanın xeyri üçün mübarizə aparmalısan. Komanda hər zaman hər şeydən önəmlidir".
Baş məşqçi klubun daxilindəki mühitə və infrastrukturun önəminə də toxunub. O, "Çelsi"nin akademiyası və məşq bazası olan "Cobham"da ciddi işlərin görüləcəyini bildirib:
"Cobham bazasında hər gün işləyərək bu mədəniyyəti daha da möhkəmləndirmək istəyirik. Klubda artıq güclü təməl formalaşıb. Təcrübəli futbolçular peşəkarlıqları və iş etikaları ilə gənclərə nümunə olmalıdırlar. Burada quracağımız mədəniyyət 100 faiz Stamford Bricdə də öz əksini tapacaq", - deyə Alonso bildirib.