"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp, İngiltərə klubunun Kilian Mbappe və ailə üzvləri ilə transfer danışıqları aparmaq üçün şəxsi təyyarə təşkil etdiklərini yada salıb. Sport24.az xəbər verir ki, bu barədə "Magenta TV"-yə danışan alman mütəxəssis bunu "ən bahalı uğursuz transfer" adlandırıb.
Klopp açıqlamasında "Liverpul"un Mbappeni 18 yaşı olarkən "rənglərinə bağlamaq" istədiyini bildirib:
"Klub rəhbərliyi o vaxt Blekpuldan Nitsaya uçdu və orada Mbappenin bütün ailəsi beş və ya daha çox otaqlı şəxsi təyyarəyə mindi. Həqiqətən də əlimizdən gələni etdik. Təyyarə ilə havada bir qədər fırlandıq, futbolçunun ailə üzvləri ilə söhbət etdik, yaxşı yemək yedik. Ancaq çox təəssüf ki, sonda istəyimizə çata bilmədik".
Qeyd edək ki, hazırda Fransa millsinin heyətində DÇ-2026-da iştirak edən Kilian Mbappe mundillar tarixində pley-off mərhələsində ən çox fərqlənən futbolçudur. Onun aktivində hazırda 12 qol var.