"Mançester Yunayted" yay transfer dönəmində heyətini daha bir yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir. Sport24.az "Teamtalk"-a istinadən xəbər verir ki, İngiltərə klubu "Roma"nın fransalı futbolçusu Manu Koneyi əsas transfer hədəflərindən biri kimi müəyyənləşdirib.

 

UEFA-nın maliyyə qaydalarına əməl etmək üçün oyunçu satmağa hazır olan "Roma" Koneyi təxminən 50 milyon funt sterlinq qarşılığında buraxmağa razıdır.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 37 oyunda meydana çıxaraq 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Fransa millisinin heyətində dünya çempionatında uğurlu çıxışı ilə də diqqət çəkib.