"Seltik"in heyətində çıxış edən ilk kolumbiyalı futbolçu olmaq mənim üçün şərəfdir". Sport24.az xəbər verir ki, bu sözləri "Seltik"ə transfer olunan "Qarabağ"ın artıq sabiq hücumçusu Kamilo Duran Şotlandiya təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.

 

O, uşaqlıq arzusunun ölkəsinin milli komandasında oynamaq olduğunu söyləyib: "Ümid edirəm ki, burada uğurlu çıxış edərək bunu bacaracağam".

 

Kolumbiyalı forvard "Seltik"ə keçidi haqqında da danışıb:

 

"Mənimlə maraqlandıqlarını eşidəndə tərəddüd etmədim. Meydana çıxmağı səbirsizliklə gözləyirəm. Özümü meydanda doğrultmağa çalışacağam".

 

Qeyd edək ki, "Seltik" Kamilo Duranla 5 illik müqavilə imzalayıb.