"Sabah"ın sabiq futbolçusu Filip İvanoviç karyerasına Özbəkistanda davam edəcək. Sport24.az xəbər verir ki, serbiyalı müdafiəçi "Soqdiana" ilə müqaviləsini uzadıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İvanoviçlə anlaşmanın müddəti ilin sonuna kimi artırılıb.

 

Filip 2018-2021-ci illərdə "Sabah"ın formasını geyinib. O, "bayquşlar"la 59 oyuna çıxıb.

 

İvanoviç 2025-ci ildən "Soqdiana"nın uğurları üçün çalışır.