"1:0 bir qədər sürüşkən hesab olsa da, ilk görüşdə "Qarabağ" üstün futbol sərgilədi. Şimali Makedoniyadakı birinci oyun onu göstərdi ki, "Qarabağ" səfərdə oynamasına baxmayaraq qol şansları yaratdı, rəqibə isə qol imkanı vermədi". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq "Qarabağ" - "Şkendiya" matçında ağfdamlıları favorit olduğunu bildirib: 

"Düşünürəm bu gün də matç eyni məcrada keçəcək. Belə rəqiblərə qarşı "Qarabağ" böyük təcrübəyə malikdir. Məncə, təmsilçimiz favoritdir, bu, üstünlüyü əldən verməyəcək. Yalnız o zaman təhlükə yaranar ki, ağdamlılar rəqibə yuxardan-aşağı baxsın, saymamamızlıq eləsin. Təbii ki, onda bunun acısını çəkə bilərlər. Fikrimcə, futbolçular da bunu başa düşürlər. "Qarabağ" bu görüşdən də qələbə ilə ayrılacayıq".

Qeyd edək ki, komandalar arasında ilk oyunda təmsilçimiz 0:1 hesablı qələbə qazanıb.