Hazırlığını gündə 2 məşqlə davam etdirən "Araz-Naxçıvan"ın fasilədə keçirəcəyi ilk yoxlama oyununun tarixi dəyişdirilib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Klubun əvəzedici komandası ilə qarşılaşması əvvəlcədən nəzərdə tutulduğu kimi yanvarın 9-da deyil, bir gün sonra – ayın 10-da baş tutacaq və saat 15:30-da başlayacaq.

 

Komanda növbəti görüşünü isə yanvarın 14-də, saat 15:00-da "Qəbələ"yə qarşı keçirəcək.

 

Qeyd edək ki, hər iki matç Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.