Bu gün basketbol üzrə Azərbaycan kubokunda növbəti oyunlar keçirilib.
Sport24 xəbər verir ki, 2 oyunla A qrupunda mübarizəyə yekun vurulub.
Son görüşlərdə "Xırdalan" "Sumqayıt"la, "Neftçi" "Xəzri" ilə üz-üzə gəlib. "Xırdalan" autsayderlə görüşdə qalib gəlib. Bu qələbə onlara 3-cü pillədə qərarlaşmaq imkanı verib.
"Neftçi" ilə "Xəzri"nin oyunu lideri müəyyənləşdirib. Görüş "ağ qaralar"ın inamlı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, oyunlar "Sərhədçi" İdman Mərkəzində keçirilib. Qrupda ilk 2 yerin sahibi yarımfinala yüksəlib.
Azərbaycan kuboku
26 mart
A qrupu, V tur
16:30. "Xırdalan" –"Sumqayıt" - 89:83 (22:19,19:21, 29:21, 19:22)
19:30. "Neftçi" – "Xəzri" - 80:67 (17:18, 16:14, 26:11, 21:24)